jezahost

Serveri böyütmək

Serverin CPU, RAM və diskini portaldan necə artırmaq və nə qədər ödəmək lazımdır.

Markdown .mdPortalda aç Yenilənib: 15 noyabr 2026

Serverin resurslarını istənilən vaxt portaldan özünüz artıra bilərsiniz: CPU, RAM, sistem diski, əlavə disk, arxiv diski və backup. Əməliyyat sistemi bu yolla dəyişmir.

Addımlar

  1. Xidmətlər bölməsində serverinizin sətrindəki menyunu (⋮) açın və Yüksəlt seçin. Yalnız diski böyütmək üçün server səhifəsində sistem diskinin yanındakı Disk böyüt düyməsini də basa bilərsiniz.
  2. Yüksəltmə üçün konfiqurasiyanı seçin panelində yeni dəyərləri seçin.
    • RAM CPU-dan asılıdır: hər vCPU üçün ən çox 8 GB, ən azı 1 GB. Uyğun olmayan variantlar sönük göstərilir. Windows serverdə RAM ən azı 2 GB-dır.
    • Disk yalnız böyüdülə bilər.
  3. Yüksəltmənin xülasəsi panelində Bu gün cəmi və Növbəti dövrdən məbləğlərini yoxlayın.
  4. Yüksəlt düyməsini basın. Portal ayrıca faktura yaradır.
  5. Fakturanı ödəyin. Dəyişiklik ödənişdən sonra avtomatik tətbiq olunur.

Ödəniş

  • Fərq cari dövrün qalan günlərinə görə, ayın faktiki gün sayı ilə hesablanır və ayrıca faktura ilə ödənilir.
  • Fakturanı portaldakı istənilən ödəniş üsulu ilə ödəmək olar. Balansdakı pul fakturanı özü ödəmir, onu fakturanın səhifəsində seçməlisiniz.
  • Yenilənmə tarixi dəyişmir. Növbəti dövrdən yeni qiymət tətbiq olunur.
  • Açıq yüksəltmə/enişdirmə fakturası olduqda yüksəltmə mümkün deyil. Əvvəlcə həmin fakturanı ödəyin.

Server yenidən başladılırmı

  • CPU və ya RAM dəyişəndə: server əməliyyat sisteminin öz qaydası ilə söndürülür, yeni resurslar verilir və server yenidən işə salınır. Bu müddətdə server əlçatan olmur.
  • Disk böyüdəndə: server dayanmır. Diski böyütdükdən sonra fayl sistemini özünüz genişləndirməlisiniz. Paneldəki Serverdə yoxlama sətri fayl sisteminin həqiqətən genişləndiyini göstərir.
  • Yeni əlavə disk: server işləyərkən qoşulur. Sistem diski dərhal görmürsə, server bir dəfə yenidən başladılır.
  • Server əvvəlcədən sönülü idisə, dəyişiklikdən sonra da sönülü qalır.

Azaltmaq

  • CPU və RAM-ı azaltmaq yalnız dəstək müraciəti ilə olur. Dəyişiklik növbəti dövrdən tətbiq olunur və qiymət fərqi balansa yazılmır.
  • Disk kiçildilmir.

Cavab tapmadınız?

WhatsApp-da yazın, kömək edək. Hər gün 08:00–24:00.