Bakıda VPS serverlər
Azərbaycanda, Bakıdakı data mərkəzində öz avadanlığımızda işləyən bulud serverlər. İstənilən konfiqurasiya, paket yox. Qiymət dərhal, server sifarişdən 2 dəqiqəyə.
Geri ödəmə: bank hesabınıza
İlk alışda, ilk ödənişdən sonrakı 48 saat ərzində pul bank hesabınıza qaytarılır. İstənilən alışda sifarişdən sonrakı 48 saat ərzində xidməti dərhal ləğv edə bilərsiniz: istifadə olunmuş saatlar tutulur, qalıq balansa yazılır.
Ətraflı: Şərtlər §5Serveri yığın
CPU, RAM, disk, əlavə disk və backup: qiymət dərhal görünür.
Daha çox disk server qurulandan sonra idarə panelindən əlavə oluna bilər. Sistem diskinə toxunulmur.
Əməliyyat sistemi sifarişin növbəti addımında, portalda seçilir. Windows Server də var, öz lisenziyanızla aktivləşdirilir (BYOL), qiymətə Windows haqqı əlavə olunmur. Windows Server üçün ən azı 2 GB RAM və 50 GB disk lazımdır: sifarişdə Windows seçsəniz, RAM və disk avtomatik artırılır.
Sürət: 1 Gbit/s-ə qədər
Statik IPv4 daxildir: Hər hesaba pulsuz statik IPv4: yalnız sizə məxsusdur, başqa müştəri ilə paylaşılmır; bir ünvandan port qaydaları ilə bir neçə serverə port açmaq olur. Əlavə statik IP ayrıca sifariş olunur.
- 1 × CPU
- 3,00 AZN
- 1 GB × RAM
- 2,50 AZN
- 10 GB × NVMe disk
- 2,50 AZN
Qiymətlərə əlavə vergi tətbiq olunmur
Nümunə konfiqurasiyalar
Hazır konfiqurasiyalar. Fərqli konfiqurasiya lazımdırsa, yuxarıda özünüz yığın.
- CPU
- 1 vCPU
- RAM
- 1 GB
- NVMe disk
- 10 GB
- Trafik
- 1 TB daxildir
- Sürət
- 1 Gbit/s-ə qədər
- Statik IPv4
- daxildir*
- CPU
- 1 vCPU
- RAM
- 2 GB
- NVMe disk
- 25 GB
- Trafik
- 1 TB daxildir
- Sürət
- 1 Gbit/s-ə qədər
- Statik IPv4
- daxildir*
- CPU
- 2 vCPU
- RAM
- 4 GB
- NVMe disk
- 50 GB
- Trafik
- 2 TB daxildir
- Sürət
- 1 Gbit/s-ə qədər
- Statik IPv4
- daxildir*
- CPU
- 4 vCPU
- RAM
- 8 GB
- NVMe disk
- 100 GB
- Trafik
- 4 TB daxildir
- Sürət
- 1 Gbit/s-ə qədər
- Statik IPv4
- daxildir*
- CPU
- 8 vCPU
- RAM
- 16 GB
- NVMe disk
- 200 GB
- Trafik
- 8 TB daxildir
- Sürət
- 1 Gbit/s-ə qədər
- Statik IPv4
- daxildir*
* Hər hesaba pulsuz statik IPv4: yalnız sizə məxsusdur, başqa müştəri ilə paylaşılmır; bir ünvandan port qaydaları ilə bir neçə serverə port açmaq olur. Əlavə statik IP ayrıca sifariş olunur.
Bütün serverlər 99,9% əlçatanlıq öhdəliyi ilə (SLA)
İctimai status səhifəsi
Bütün xidmətlərin real vaxt vəziyyəti və uptime tarixçəsi.
Son 90 gün
- VPS platforması
- 100%
- Portal
- 99,97%
- 99,98%
Better Stack ölçür; planlı texniki işlər fasilə sayılmır.
Müştəri rəyləri
Müştərilərimizin müstəqil rəyləri.
Portaldan özünüz idarə edin
Bizə yazmadan, dərhal.
Firewall
Default olaraq bütün portlar bağlıdır. Portu açanda kimin girə biləcəyini özünüz seçirsiniz: bütün dünya, seçdiyiniz ölkələr və ya konkret IP ünvanları. Qaydalar dərhal tətbiq olunur.
WireGuard VPN
İstifadəçi əlavə edin: noutbuk üçün də, ofis routeri üçün də. Tam tunel rejimi var.
Domain + SSL
Domeninizi bağlayın, SSL sertifikatını portaldan alın, birbaşa serverə.
Resurslar
CPU, RAM, disk: istədiyiniz kimi. Sonra portaldan böyüdün.
İdarəetmə üzrə bütün təlimatlar açıqdır və istənilən AI ilə istifadə oluna bilər.
Köməyə keçŞəbəkə və təhlükəsizlik
Firewall daxildir, pulsuz
Serveriniz internetə yalnız açdığınız portlarla görünür. Standart olaraq hər şey bağlıdır. Qaydaları portaldan özünüz idarə edirsiniz, dərhal tətbiq olunur.
Kim qoşula bilər: siz seçirsiniz
Kimin qoşula biləcəyini özünüz seçirsiniz: hamı, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Cloudflare və ya öz IP siyahınız. Siyahıda olmayan ölkə lazımdırsa, dəstəyə yazın, əlavə edək. Defolt seçim hesabınızın ölkəsinə görədir: Azərbaycan üçün «Yalnız Azərbaycan», digər ölkələr üçün «Bütün ölkələr».
Bir IP: bir server və ya bir neçə server, siz seçirsiniz
İstənilən portu və ya port aralığını istənilən serverinizə yönləndirirsiniz: IP-ni tam bir serverə verin, ya da hissələrə bölüb bir neçə serverə. Aralıq bir qayda sayılır.
Çıxış ünvanını siz seçirsiniz
Serverləriniz internetə seçdiyiniz IP-dən çıxır: bütün hesab üçün bir ünvan və ya hər serverə ayrı çıxış ünvanı (məs. poçt serveri öz əlavə IP-si ilə).
Etibarlı ünvanlar
Ofisinizin və ya evinizin IP-lərini (tək ünvan və ya diapazon) etibarlı siyahıya yazın, RDP, SSH, baza kimi həssas portları yalnız oradan açın. Siyahı bütün qaydalar üçün ortaqdır, dəyişəndə qaydalar özü yenilənir.
Fərq nədədir
Adi VPS
- IP serverə birbaşa bağlanır
- Bütün portlar açıqdır
- Firewall-u özünüz qurursunuz
jezahost
- Standart olaraq hər şey bağlıdır
- Portları portaldan açırsınız
- Bir IP-ni istədiyiniz kimi bölürsünüz
- Tam açıq server istəyirsinizsə, IP-nin bütün portlarını bir serverə 2 qayda ilə yönləndirirsiniz. RDP üçün xarici 3389 əvəzinə başqa port seçirsiniz. Bu, avtomatik hücumların qarşısını alır.
- Hər hesaba pulsuz, yalnız sizə məxsus statik IPv4 (başqa müştəri ilə paylaşılmır).
- Əlavə statik IP: lazım olduğu qədər; fərqli xidmətləri ayrı ünvanlarda saxlamaq və ya eyni portu (məs. 443) iki serverdə açmaq üçün. Ayda 5,00 AZN.
Şəbəkə
IPv4 (95.86.162.0/24) və IPv6 (2a00:c0a0:8000::/34) blokları RIPE NCC-də JEZA CLOUD MMC-yə (ORG-JCL8-RIPE) təyin edilib və öz AS-imizdən (AS218452) BGP ilə elan olunur.
Avtonom sistem
AS218452
RIPE NCC-də JEZA CLOUD MMC adına qeydiyyatdadır.
IPv4 bloku
95.86.162.0/24
RIPE NCC-də JEZA CLOUD MMC-yə (ORG-JCL8-RIPE) təyin edilib.
IPv6 bloku
2a00:c0a0:8000::/34
RIPE NCC-də JEZA CLOUD MMC-yə (ORG-JCL8-RIPE) təyin edilib.
Qoşulma
BGP
Hər iki bloku öz AS-imizdən BGP ilə elan edirik.
RPKI: bütün prefikslər etibarlıdır (ROA)
bgp.tools-da baxınHər serverdə
- Pulsuz statik IPv4, yalnız sizə məxsus. Port qaydaları ilə bir neçə serverə port açılır; əlavə statik IP portaldan
- Port sürəti 1 Gbit/s-ə qədər, trafik daxil
- Intel Xeon Platinum 8268 prosessor, DDR4 ECC yaddaş
- Korporativ NVMe, HA klaster: hər disk iki fərqli node-da, iki nüsxədə
- Arxiv disk seçimi: böyük data üçün ucuz ikinci disk
- Ehtiyat nüsxə gündə 4 dəfə çıxarılır (istəyə görə qoşulur, 7 gün saxlanılır)
- Windows Server: hazır şablon, öz lisenziyanızla (BYOL), əlavə haqq yoxdur
- Ölçülmüş: ~200k IOPS random read, 2,9 GB/s ardıcıl (Şəbəkə və performans)
Əlavə xidmətlər
Əlavə statik IP
ayda 5,00 AZN
Fərqli xidmətləri ayrı ünvanlarda saxlamaq (məs. poçt və veb), ayrıca çıxış ünvanı seçmək və ya eyni portu (məs. 443) iki fərqli serverdə açmaq üçün. İstənilən serverə yönləndirilir; lazım olduğu qədər, portaldan sifariş olunur.
BGP sessiyası
ayda 15,00 AZN
Öz AS nömrəniz və IP bloklarınızla serverinizdən BGP elanı: bir serverə bir sessiya, IPv4 və IPv6.
Tələblər
- Öz ictimai AS nömrəniz (özəl ASN qəbul olunmur)
- Prefikslər: IPv4 /24 və ya daha böyük, IPv6 /48 və ya daha böyük; hər ailədən ən çox 5
- Hər prefiks üçün RIPE-də route / route6 obyekti və etibarlı RPKI ROA
- aut-num obyektinizdə AS218452 üçün import / export sətirləri
- Şirkət blankında imzalı icazə məktubu (LOA, PDF), şablon portalda
Necə işləyir
- 1.Serverinizin səhifəsində «BGP sessiyası» panelindən pulsuz sorğu göndərirsiniz
- 2.Avtomatik RIPE yoxlamaları və 1 iş günü ərzində təsdiq
- 3.Təsdiqdən sonra sessiyanı sifariş edib ödəyirsiniz
- 4.Qoşulma parametrləri portalda görünür, sessiya qurulur
Necə qurulub
Ayrı VM, ayrı şəbəkə
Hər müştəri öz virtual serverində, ayrıca izolyasiya edilmiş şəbəkədə.
NVMe + HA
Hər disk iki fərqli fiziki serverdə (node) saxlanır. Node sıradan çıxsa, server insan müdaxiləsi olmadan digər node-da avtomatik başlayır. Sınaqda bu, təxminən 3 dəqiqə çəkdi; zəmanət deyil.
Açıq status
Hər kəsilmə status page-də yazılır, planlı işlər öncədən elan olunur.
Forex üçün VPS
Ticarət terminalı (MetaTrader 4/5 və ya oxşarı) və onun ekspert məsləhətçiləri heç vaxt sönməyən kompüter tələb edir. VPS-də onlar sizin kompüterinizdən və ev internetinizdən asılı olmadan gecə-gündüz işləyir.
Gecə-gündüz
Server sutkada 24 saat işləyir. Fiziki node sıradan çıxsa, server avtomatik başqa node-da işə düşür; 99,9% əlçatanlıq SLA-da yazılıb.
Öz lisenziyanızla Windows
Windows Server hazır şablondur, öz lisenziyanızla (BYOL) aktivləşdirilir; Windows üçün əlavə ödəniş götürmürük. Linux da var.
Gecikmə
Bakıdan ölçülüb: Moskvaya təxminən 40 ms, İstanbula 50 ms, Frankfurta 71 ms, Londona 76 ms. Brokerinizin ticarət serverinin harada olduğunu öyrənin və ticarətdən əvvəl marşrutu yoxlayın.
Ölçü
Windows-da bir-iki terminal üçün 2 vCPU və 4 GB RAM yaxşı başlanğıcdır. Serveri sonra portaldan böyüdə bilərsiniz.
Ödəniş və şərtlər
- Aylıq ödəniş, öhdəlik yoxdur
- Kart (Visa/Mastercard, xarici kartlar daxil) və bank köçürməsi
- Ləğv: sifarişdən sonrakı 48 saat ərzində dərhal, istifadə olunan saatlar tutulur, qalıq balansa yazılır; ilk alışda 48 saat ərzində pul bank hesabına qaytarıla bilər. Sonra, ödənilmiş dövrün sonunda
- Qiymət ödənilmiş dövr ərzində dəyişmir
- Azərbaycan hüquqi şəxsləri üçün istəyə görə yazılı müqavilə (1 illik, avtomatik uzanan)
Tez-tez verilən suallar
Ödənişdən 2 dəqiqə sonra. Giriş məlumatları portalda görünür.
OS sifarişin növbəti addımında, portalda seçilir. Hazırkı siyahı:
- Ubuntu 22.04 LTS, 24.04 LTS, 26.04 LTS
- Debian 12, 13
- AlmaLinux 9, 10
- Windows Server 2025, öz lisenziyanızla (BYOL)
Windows Server portalda hazır şablon kimi seçilir və öz lisenziyanızla aktivləşdirilir (BYOL). Bizim tərəfdən Windows üçün əlavə haqq yoxdur. Windows Server üçün ən azı 2 GB RAM və 50 GB disk lazımdır: sifarişdə Windows seçsəniz, RAM və disk avtomatik artırılır.
Bəli. Hər hesaba pulsuz statik IPv4 verilir: yalnız sizə məxsusdur, başqa müştəri ilə paylaşılmır. Bir IP-dən port qaydaları ilə bir neçə serverə port açmaq olur. Daxili firewall: default olaraq bütün portlar bağlıdır. Portu açanda kimin girə biləcəyini özünüz seçirsiniz: bütün dünya, seçdiyiniz ölkələr və ya konkret IP ünvanları. Lazım olduğu qədər əlavə statik IP də sifariş edə bilərsiniz. O da istənilən serverə yönləndirilir və çıxış ünvanı kimi seçilə bilər. Əlavə statik IP: ayda 5,00 AZN.
Bəli, portaldan özünüz, əlavə ödəniş yoxdur, dəstəyə yazmaq lazım deyil. «Şəbəkə» səhifəsində statik IPv4 ünvanının sətrindəki qələm ikonunu basın və adı «Reverse DNS (PTR)» sahəsinə yazın. Şərt: həmin adın A qeydi bu ünvana baxmalıdır, əks halda dəyişiklik rədd olunur. Dəyişiklik bir neçə dəqiqəyə tətbiq olunur; gündə ən çox 5 dəyişiklik etmək olar. Sahəni boş saxlasanız standart ad qayıdır (məsələn, host-95-86-162-10.ip.jezacloud.com); ünvan geri alınanda da PTR standart ada qayıdır. IPv6 ünvanının PTR-i də eyni cür dəyişilir, şərt isə AAAA qeydidir.
Ətraflı: statik IP və PTR təlimatıHər vCPU üçün 1 TB daxildir. Hazırda aşım üçün nə əlavə haqq, nə sürət məhdudiyyəti tətbiq olunur; davamlı çox böyük istifadədə sizinlə əlaqə saxlayarıq.
İstəyə görə qoşulur və NVMe disklərini (sistem diski daxil) əhatə edir. Ehtiyat nüsxə gündə 4 dəfə çıxarılır, 7 gün saxlanılır. Arxiv disklər backup-a daxil deyil.
Bəli, portaldan özünüz: CPU, RAM və disk istənilən vaxt artırılır. Fərq cari dövrün qalan günlərinə görə hesablanır və ayrıca faktura kimi gəlir; dəyişiklik ödənişdən sonra tətbiq olunur. Disk server işləyərkən böyüdülür. CPU və ya RAM dəyişəndə server qaydasında söndürülüb yenidən başladılır: bir reboot qədər qısa fasilə olur. CPU və RAM-ı azaltmaq dəstəyə müraciətlə, növbəti dövrdən mümkündür; disk kiçildilmir.
Ətraflı: serveri böyütmək təlimatıLəğv: sifarişdən sonrakı 48 saat ərzində dərhal, istifadə olunan saatlar tutulur, qalıq balansa yazılır; ilk alışda 48 saat ərzində pul bank hesabına qaytarıla bilər. Sonra, ödənilmiş dövrün sonunda
Kart (Visa/Mastercard, xarici kartlar daxil) və ya bank köçürməsi (hüquqi şəxslər üçün).
Bəli. Hər serverə bir ictimai IPv6 ünvanı pulsuz verilir: sifarişdə seçilir və ya sonra portalda «Şəbəkə» → «IPv6 ünvanları» panelindən aktivləşdirilir. Ünvan birbaşadır, NAT yoxdur; gələn bağlantılar port qaydasında IPv6 işarəsi ilə açılır. IPv4 ünvanınız olduğu kimi qalır.
Ətraflı: IPv6 ünvanı təlimatıBəli. Hər server tam KVM virtual maşınıdır: tam root girişi, öz kernel-iniz, Docker və istənilən yük.