Haqqımızda
Kimik
jezahost, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş JEZA CLOUD MMC-nin bulud hostinq brendidir. Bulud serverlər (VPS) və korporativ e-poçt təklif edirik, Bakıdakı data mərkəzində öz avadanlığımızda, ona görə müştərilərimizin məlumatları Azərbaycanda qalır. Şəbəkə öz avtonom sistemimiz AS218452 üzərində işləyir: IPv4 və IPv6 bloklarımız RIPE NCC-də JEZA CLOUD MMC-yə təyin edilib və bu AS-dən elan olunur. Hər nasazlıq açıq status səhifəsində qeyd olunur, planlı işlər əvvəlcədən elan edilir. Şirkətlər bank köçürməsi ilə ödəyə və yazılı müqavilə bağlaya bilər.
Qeydiyyat məlumatları
- Hüquqi ad
- JEZA CLOUD MMC
- VÖEN
- 1606154731
- Qeydiyyat ölkəsi
- Azərbaycan Respublikası
- Poçt ünvanı
- Bakı şəh., Nizami ray., Q.Qarayev pr. ev.84, AZ1096
Nə təqdim edirik
Bulud serverlər (VPS) və korporativ e-poçt, Bakıdakı öz infrastrukturumuzda. Məlumatlarınız Azərbaycanda saxlanılır.
Hüquqi şəxslər üçün
- Bank köçürməsi ilə ödəniş
- İstəyə görə yazılı müqavilə: 1 illik, avtomatik uzanan
İnfrastruktur qısaca
- Prosessor
- Intel Xeon Platinum 8268
- Yaddaş
- DDR4 ECC
- Disk
- Korporativ NVMe: iki nüsxədə, iki fərqli fiziki serverdə
- Data mərkəzi
- 2 generator · 2 UPS · İnternet 2 müstəqil backbone-dan · 2 peşəkar soyutma sistemi
Bir node sıradan çıxsa, üstündəki VM-lər insan müdaxiləsi olmadan klasterin digər node-unda avtomatik başlayır. Sınaqda bu, təxminən 3 dəqiqə çəkdi; zəmanət deyil.
Ətraflı: Şəbəkə səhifəsindəŞəbəkə resursları
AS218452, RIPE NCC-də JEZA CLOUD MMC adına qeydiyyatdadır (ORG-JCL8-RIPE). IPv4 (95.86.162.0/24) və IPv6 (2a00:c0a0:8000::/34) blokları da RIPE NCC-də JEZA CLOUD MMC-yə təyin edilib və öz AS-imizdən BGP ilə elan olunur.
Əlaqə və dəstək
Hər gün, həftəsonu daxil, 08:00–24:00 (Bakı vaxtı). Hədəf reaksiya müddəti: dəstək saatlarında 2 saat; saatlardan kənar gələn müraciətə növbəti gün 08:00-dan sonra 2 saat. Müraciət: portaldakı ticket və ya [email protected].
- E-poçt
- [email protected] · [email protected]
- Telefon
- +994 50 384 84 53
- WhatsApp: eyni nömrə
- linkedin.com/company/jezahost