jezahost

OS-u yenidən qurmaq

Serverin sistem diskini təmiz əməliyyat sistemi ilə necə yenidən qurmaq olar.

Markdown .mdPortalda aç Yenilənib: 15 noyabr 2026

«Yenidən qur» serverin sistem diskini silir və onu təzə şablondan yenidən qurur. Bu əməliyyat geri qaytarılmır.

Nə dəyişir, nə dəyişmir

  • Silinir: sistem diskindəki bütün fayllar, quraşdırılmış proqramlar və verilənlər bazaları. Əvvəlcə nüsxə götürün.
  • Dəyişmir: IP, MAC, hostname və abunə.
  • Əməliyyat sistemi: sifarişdə seçilmiş sistem qalır. Yenidən qurarkən başqa sistem seçmək olmur.
  • İstifadəçi adı və SSH açarı: sifarişdəki dəyərlər qalır. Serverdə sonradan əlavə etdiyiniz açarlar silinir.
  • Əlavə data diskləri silinmir. Linux-da onlar avtomatik qoşulmur, onları yenidən mount etməlisiniz.

Addımlar

  1. Xidmətlər bölməsində serverinizi açın.
  2. Səhifənin aşağısında Təhlükəli əməliyyatlar panelini tapın və Yenidən qur düyməsini basın.
  3. Pəncərədə yoxlayın:
    • backup-ınız varmı və son nüsxə nə vaxt alınıb;
    • hansı disklər silinmir;
    • bu gün neçə dəfə yenidən qurulub.
  4. Yeni parol sahəsindəki parolu saxlayın. Portal onu saxlamır, amma parol e-poçtla da göndərilir.
  5. Təsdiq sahəsinə serverin hostname-ini tam olaraq yazın.
  6. Yenidən qur düyməsini basın.

Proses bir neçə dəqiqə çəkir. Bu müddətdə panel «VM yenidən qurulur…» göstərir və güc düymələri bağlı olur.

Bitəndə

Panel «Server yenidən quruldu» yazır. Yeni parol və köhnə istifadəçi adı ilə daxil olun. Server açılandan sonra paneldəki Serverdə yoxlama sətri hostname və parolun serverdə həqiqətən tətbiq olunduğunu göstərir; «Serverdə tətbiq olunmayıb» yazılarsa, parolu konsoldan əl ilə dəyişin.

Əlavə data diskləriniz varsa:

  • Windows: Disk Management-də diski Online edin.
  • Linux: diski lsblk ilə tapın və mount edin. Server açılanda diskin özü qoşulması üçün onu blkid ilə /etc/fstab-a əlavə edin.

Məhdudiyyətlər

  • Bir gündə ən çox 2 dəfə yenidən qurmaq olar.
  • Eyni anda yalnız bir proses gedə bilər.
  • Uğursuz olsa, panel «Yenidən qurma uğursuz oldu. Dəstəyə müraciət edin» yazır və RB-… istinad kodunu göstərir. Müraciətə bu kodu əlavə edin. Disk əksər hallarda toxunulmamış qalır və server əvvəlki vəziyyətinə qaytarılır: əvvəl işləyirdisə, yenidən işə salınır.

Cavab tapmadınız?

WhatsApp-da yazın, kömək edək. Hər gün 08:00–24:00.