jezahost

Platforma və imiclər

Virtuallaşdırma, root girişi, serverdaxili firewall və hazır OS imicləri.

Markdown .mdPortalda aç Yenilənib: 15 noyabr 2026

Virtuallaşdırma və giriş

  • Serverlər KVM virtual maşınlarıdır (Proxmox VE). Hər serverin öz nüvəsi, yaddaşı və diski var; konteyner deyil.
  • Linux-da tam root girişi, Windows-da Administrator girişi verilir. Öz nüvənizi, modullarınızı və proqramlarınızı qura bilərsiniz.
  • Serverdaxili firewall sizindir: nftables, iptables, ufw və ya firewalld istədiyiniz kimi qurulur. Bizim firewall-dan yalnız portalda açdığınız portlar keçir: Şəbəkə siyasəti.
  • Konsola brauzerdən çıxış var, şəbəkə qurulmasa da işləyir: Konsol.

İmiclər

Sifarişdə və OS-u yenidən qurmaqda bu imiclər seçilir:

  • Ubuntu 22.04 LTS, 24.04 LTS, 26.04 LTS
  • Debian 12, 13
  • AlmaLinux 9, 10
  • Windows Server 2025

İmiclər standart cloud quruluşudur: Linux-da cloud-init, Windows-da cloudbase-init parolu və şəbəkəni ilk açılışda qurur. Öz ISO-nuzdan qurmaq hələ mümkün deyil.

Minimum resurslar

  • Ən kiçik server: 1 vCPU, 1 GB RAM və 10 GB NVMe sistem diski.
  • 1 GB RAM yalnız Linux üçündür. Windows Server üçün ən azı 2 GB RAM və 50 GB disk lazımdır; Windows seçəndə RAM və disk özü bu həddə qalxır, Linux-a qayıdanda əvvəlki dəyərlər qayıdır.
  • AlmaLinux imici 10 GB-a sığmır, onun üçün sistem diski ən azı 25 GB-dır. Ubuntu və Debian 10 GB ilə işləyir.

Cavab tapmadınız?

WhatsApp-da yazın, kömək edək. Hər gün 08:00–24:00.