jezahost

Backup və bərpa

Avtomatik nüsxələr necə işləyir və server nüsxədən necə bərpa olunur.

Markdown .mdPortalda aç Yenilənib: 15 noyabr 2026

Backup xidməti serverinizin diskinin nüsxəsini avtomatik alır: hər 6 saatdan bir, saat 03:00, 09:00, 15:00 və 21:00-da (Bakı vaxtı). Nüsxələr incremental-dır və 7 gün saxlanılır. Snapshot-u əl ilə yaratmaq olmur.

Backup-ı qoşmaq

  • Sifarişdə: backup seçimini qeyd edin. Seçim «Son 7 günün nüsxəsi» adı ilə və qiyməti ilə göstərilir.
  • Sonradan: xidmət səhifəsində «Backup: yox» sətrinin yanındakı Backup al linkini basın.

Backup NVMe disklərini əhatə edir. Arxiv (SAS) diskləri yedəklənmir.

Nüsxələrə baxmaq

  1. Xidmətlər bölməsində serverinizi açın.
  2. Backup panelində hər gün üçün bir nüsxə göstərilir: həmin günün ən təzəsi. Ən təzə nüsxə «Ən son» nişanı ilə göstərilir.
  3. Hamısını görmək üçün Hamısını göstər düyməsini basın.

Backup yeni qoşulubsa, panel «Hələ nüsxə yoxdur» yazır. İlk nüsxə ən geci 6 saat ərzində alınır.

Nüsxədən bərpa

Bərpa geri qaytarılmır. Seçdiyiniz tarixdən sonra yaranan bütün fayllar, verilənlər bazası yazıları və proqramlar silinir.

  1. Backup panelində lazım olan tarixin yanında Bərpa et düyməsini basın.
  2. Pəncərədə seçdiyiniz nüsxəni və bərpadan sonrakı vCPU və RAM dəyərlərini yoxlayın. IP, hostname və şəbəkə dəyişmir.
  3. Təsdiq sahəsinə serverin hostname-ini yazın.
  4. Bəli, bərpa et düyməsini basın.

Bərpa zamanı server söndürülür və işləmir. Panel «Bərpa olunur…» göstərir və proses bitənə qədər özü yenilənir.

Bərpa uğursuz olsa, iki vəziyyət ola bilər:

  • «Bərpa tamamlanmadı»: dəyişikliklər geri qaytarılıb. Yenidən cəhd etmək olar.
  • «Bərpa tamamlanmadı: dəstək müdaxiləsi lazımdır»: təkrar cəhd etməyin, dəstəyə yazın.

Məhdudiyyətlər

  • Bir gündə ən çox 3 bərpa etmək olar.
  • Nüsxədə sonradan sildiyiniz disk varsa, Bərpa et bağlı olur. Bu halda Dəstəyə yaz düyməsi ilə müraciət göndərin.

Cavab tapmadınız?

WhatsApp-da yazın, kömək edək. Hər gün 08:00–24:00.