jezahost

Şəbəkə siyasəti

Gələn və çıxan trafik, ünvanlar, skan qəbul edən serverlər və DDoS zamanı nə baş verir.

Markdown .mdPortalda aç Yenilənib: 15 noyabr 2026

Bu səhifə serverinizin şəbəkə davranışını izah edir: trafik necə gəlir, hansı portlar çıxışda bağlıdır, ünvanlar nə vaxt dəyişir və hücum zamanı nə edilir. Hüquqi tərəf İstifadə Şərtləri §6 və §8-dədir.

Gələn trafik

  • Default olaraq bütün portlar bağlıdır. Portu açanda kimin girə biləcəyini özünüz seçirsiniz: bütün dünya, seçdiyiniz ölkələr və ya konkret IP ünvanları.
  • Server internetə yalnız portalda açdığınız portlarla görünür. Port açmaq: Port yönləndirmə.
  • Qoşulanın mənbə IP ünvanı serverə dəyişmədən çatır. Firewall yalnız təyinat ünvanını və portu tərcümə edir (SNAT yoxdur). Serverdəki jurnallar, fail2ban və GeoIP real ünvanı görür.
  • Açdığınız porta gələn trafikə firewall-dan başqa filtr, sürət məhdudiyyəti və ya DDoS qorunması tətbiq olunmur. Serverin qarşısında proxy və ya WAF yoxdur.

Ünvanlar

  • Serverin daxili IP ünvanı xidmət boyu sabitdir. OS-u yenidən qurmaq, backup-dan bərpa və böyütmə onu dəyişmir. Ünvan yalnız server ləğv ediləndən sonra azad olunur.
  • Hesabın statik IPv4 ünvanı adi halda dəyişmir. Texniki səbəbdən əvəz olunmalı olsa, ən azı 14 gün əvvəl xəbər veririk (İstifadə Şərtləri §6.2).
  • PTR (əks DNS) qeydi statik ünvan üçün dəstəyə müraciətlə qoyulur. Müraciətdə ünvanı və istədiyiniz host adını yazın.
  • IPv6: hər serverə bir ictimai IPv6 ünvanı verilə bilər, NAT olmadan. Gələn bağlantılar yalnız port qaydası ilə açılır. Ətraflı: IPv6 ünvanı.

Çıxan trafik

  • Çıxışda 25-ci port (SMTP) bağlıdır. Poçt göndərmək üçün 465 və ya 587 portu ilə SMTP relay işlədin, məsələn E-poçt hostinqi və ya xarici relay xidməti.
  • VPN və WireGuard tunelləri icazəlidir, həm serverdən çıxan, həm də serverə gələn (portu açmaqla).
  • Serverin internetə hansı ünvandan çıxacağını özünüz seçirsiniz: Statik IP.

Skan, hücum və bloklanma

  • Skan və giriş cəhdlərini qəbul edən serverlər, məsələn honeypot və təhlükəsizlik tədqiqatı, icazəlidir və bloklanma səbəbi deyil. Belə serverdə port qaydalarının firewall jurnalını söndürməyimizi istəsəniz, dəstəyə yazın.
  • Serverdən başqalarına hücum (DDoS, port skan, brute-force, icazəsiz giriş cəhdi, spam) qadağandır (İstifadə Şərtləri §8).
  • Ünvanınıza yönələn DDoS hücumu infrastrukturu və ya digər müştəriləri təhdid edəndə həmin ünvanın trafikini müvəqqəti bloklayırıq. Blok avtomatik deyil: komandamız qoyur və hücum bitəndən sonra özü qaldırır. Bu vaxt SLA-da kəsinti sayılmır.

Cavab tapmadınız?

WhatsApp-da yazın, kömək edək. Hər gün 08:00–24:00.